Kremldən Kiyevin su təklifinə cavab: “Krım Rusiya bölgəsidir, Donbass isə...”
1880
Krım heç bir "mübadilə", o cümlədən Donbass danışıqlarında hər hansı güzəşt mövzusu ola bilməz.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
İnterfaksın verdiyi məlumata görə, Peskov Krımın Rusiya bölgəsi, Donbass məsələsininsə ukraynadaxili problem olduğunu qeyd edib. Eyni zamanda, onun sözlərinə görə, Moskva Donbasda nizamlanmanı asanlaşdırmaq üçün əlindən gələni edir. O əlavə edib ki, əgər Ukraynanın Krıma su təchizatı üçün hər hansı bir kommersiya və ya digər təklifi varsa, Rusiya tərəfindən belə təkliflər nəzərdən keçirilə bilər.
Xatırladaq ki, bundan bir qədər əvvəl "Xalqın xidmətçisi" Ukrayna parlament fraksiyasının rəhbəri Kiyevin Donbasdakı danışıqlarda güzəşt müqabilində Krıma su verilməsini bərpa edə biləcəyini demişdi.