\
23 Noyabr 2024 - Şənbə

Böyük Britaniya İdlib məsələsində Türkiyəni dəstəklədi

Böyük Britaniya İdlib məsələsində Türkiyəni dəstəklədi
1054baxış

Bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Dominik Raab ilə görüşüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Böyük Britaniya naziri ölkəsinin Türkiyəni dəstəklədiyini açıqlayıb:

“NATO-nun üzvü olaraq biz də Türkiyənin İdlibdə yenidən atəşkəsi təmin etmək cəhdlərini dəstəkləyirik. Suriyada yaşanan humanitar böhranda məsuliyyət rejim və Rusiyanın üzərindədir. Suriya rejimi və Rusiyanın İdlibdəki amansız həmlələri yaxın keçmişdəki ən aqressiv hücumlardan biri olub. NATO olaraq Avropalı dostlarımızla həmrəy olmamız lazımdır”.