"Times": "Ərdoğan miqrant axınını dayandırmaq üçün Aİ-dən daha çox pul istəyir"
1237
İngiltərənin "Times" nəşri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Brüsselə gerçəkləşdirəcəyi səfəri və miqrant böhranının həlli ilə bağlı Avropa İttifaqı rəsmiləri ilə edəcəyi müzakirələri analiz edib.
Qaynarinfo xəbər verir ki, nəşrin yazdığına görə, Ərdoğanın Yunanıstana miqrant axınını dayandırmaq üçün Aİ-dən yüz milyonlarla avro pul tələb etməsi gözlənilir.
"Ərdoğan miqrant axınını dayandırmaq üçün Aİ-dən daha çox pul istəyir" başlıqlı məqalədə həmçinin bildirilir ki, Avropa bir tərəfdən problemin danışıqlar yolu ilə həlli üçün özünü təzyiq altında hiss edir, digər tərəfdən isə avropalı diplomatların sözləri ilə desək "təhdid"lərə boyun əymək istəmir.
Xatırladaq ki, Ərdoğan Aİ-ni öhdəliklərini yerinə yetirilməyəcəyi təqdirdə yüz minlərlə insan üçün qapıları açacağı ilə hədələmişdi. 2016-cı ildə əldə olunan razılaşmaya görə, Türkiyə 6 milyard avro qarşılığında sərhədlərini daha yaxşı qorumağı öhdəsinə götürmüşdü. Lakin Ankara ittifaqın sözügedən vəsaiti ödəmədiyindən şikayətlənir.
Nəşrin yazdığına görə, yenə də razılaşmanın əldə olunması mümkündür. Belə ki, Almaniya kansleri Angela Merkel və Hollandiyanın xarici işlər naziri Stef Blok Türkiyənin Suriyanın İdlib bölgəsində təhlükəsiz bölgə yaratma təşəbbüslərini dəstəkləməyə hazır olduqları siqnalını veriblər. Həmçinin Yohannes Han Aİ-nin 500 milyon avro əlavə yardım verə biləcəyinə də diqqət çəkib