Putin-Ərdoğan razılaşması: Hərbi fəaliyyət dayandırıldı
3383
Türkiyə və Rusiya prezidentlərinin razılaşmasından sonra Suriyada hərbi fəaliyyət aparılmır.
Mediapress.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Putin və Ərdoğanın razılığından sonra İdlibdə sabitliyin bərqərar olduğunu bilirsiniz. Məlum magistrallarda (M4 və M5) birgə patrul fəaliyyəti aparılır. Yəni hazırda Suriyada hərbi aktivlik yoxdur. Olimpiadalar zamanı olduğu kimi, pandemiya səbəbindən də hərbi fəaliyyətlərin dayandırılması BMT və bənzər qurumların işidir”, - deyə Peskov bildirib.