Tramp Kim Çen Inın ictimaiyyət qarşısına çıxmasını şərh etdi
2059
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın ictimaiyyət qarşısında görünməsinə münasibət bildirib.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.
ABŞ prezidenti bildirib ki, KXDR liderinin ictimaiyyət qarşısına çıxmasına və onun yaxşı olmasına məmnundur.
"Şəxsən mən onun qayıtdığını və sağlam olduğunu görməyimə şadam”, - Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In mayın 2-də Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib. Bu, dövlət başçısının 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxmasıdır.