\
23 Noyabr 2024 - Şənbə

Bayden ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib

Bayden ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib
1326baxış

Cozef Bayden ABŞ prezidentliyinə Demokrat namizəd olaraq namizəd olmağa razıdır.

O, bunu Miluokidə onlayn formatda keçirilən partiya qurultayında söyləyib.

Baydenə görə, indi ABŞ-da hazırkı Amerika lideri Donald Trampın xarakterində  "həddindən artıq qəzəb, qorxu, eyni zamanda fikir ayrılığı var".

"Əgər məni prezident seçsəniz, mən sizə xoşbəxt gələcək bəxş edəcəm. Böyük fəxr və məmnuniyyətlə ABŞ prezidentliyinə namizəd olmaq təklifini qəbul edirəm"- Bayden deyib.

Qeyd edək ki, Demokratlar Partiyası Baydeni ABŞ prezidentliyinə namizəd kimi təsdiqləyib. 

ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin edilib. Tramp respublikaçılardan namizəd olacaq. (report)