\
23 Noyabr 2024 - Şənbə

AŞPA-da ermənilərin Tovuz təxribatı ilə bağlı məsələ müzakirə ediləcək

AŞPA-da ermənilərin Tovuz təxribatı ilə bağlı məsələ müzakirə ediləcək
2738baxış

“Biz Ermənistanın iyul ayında Tovuz istiqamətində təxribatı ilə bağlı iyul ayından başlayaraq bütün beynəlxalq təşkilatlara o cümlədən, Avropa Şurasına geniş məlumatlar göndərmişik. Bu məsələ AŞPA-nın iki komitəsində ciddi şəkildə müzakirə olunacaq”.

Bunu “Report”a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, AŞPA-nın Monitorinq və Siyasi komitəsinin gündəliyində artıq bu məsələ var:

“Ermənistan tərəfindən davam etdirilən təxribatlar Azərbaycan tərəfinin ciddi reaksiyalarına səbəb olub. Bu reaksiyaların nəticəsi kimi biz qeyri-qanuni məskunlaşma ilə bağlı bütün beynəlxalq təşkilatlara o cümlədən, Avropa Şurasına müraciət etmişik. Hesab edirəm ki, bu məsələ də aktuallaşmalıdır”.