\
23 Noyabr 2024 - Şənbə

Rusiya səfiri Mariya Zaxarovanın paylaşımı ilə əlaqədar Serbiya XİN-ə çağırılıb

Rusiya səfiri Mariya Zaxarovanın paylaşımı ilə əlaqədar Serbiya XİN-ə çağırılıb
2068baxış

Rusiya səfiri Serbiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, rusiyalı diplomat Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın rəsmi "Facebook" hesabındakı paylaşımı ilə bağlı vəziyyəti "şifahi izah etmək üçün" Serbiya XİN-ə çağırılıb.

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Facebook" sosial şəbəkədəki səhifəsində Ağ Evdə Serbiya Prezidenti Aleksandr Vucicin amerikalı həmkarı Donald Trampın masasının qarşısında stulda oturduğu fotoşəkil paylaşıb.

Sonra isə Zaxarova həmin fotoşəklin altından məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını qaldırıb ayağının üstünə qoyduğu kadrdan görüntünü əlavə edib. Bu paylaşıma Serbiya hökuməti sərt reaksiya verib. Rusiya XİN sözçüsü üzr istəyərək paylaşmının yanlış anlaşıldığını bildirib.