“Qarabağa dair üçtərəfli razılaşma regionda ədalətli və uzunmüddətli nizamlama üçün əsas yaradır...” - Putin
1952
Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin arasında əldə edilmiş üçtərəfli razılaşma regionda Bakının və Yerevanın maraqları çərçivəsində ədalətli və uzunmüddətli nizamlama üçün əsas yaradır.
Rusiya prezidenti Vladimir Putin BRİKS sammitində (videokonfrans rejimində) çıxışı zamanı belə deyib.
“Mühüm olanı budur ki, razılaşmaya əməl olunur. Döyüş əməliyyatları tam dayanıb, vəziyyət stabilləşib. Beləliklə, böhranın uzunmüddətli və tamformatlı nizamlanması üçün şərait yaranıb, özü də ədalətli əsasda, həm Azərbaycan, həm erməni xalqının maraqları çərçivəsində”,-Rusiya prezidenti vurğulayıb.