\
23 Noyabr 2024 - Şənbə

Aİ ölkələrinin XİN başçıları Qarabağ məsələsini müzakirə edəcək

Aİ ölkələrinin XİN başçıları Qarabağ məsələsini müzakirə edəcək
1116baxış

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağdakı vəziyyəti nəzərdən keçirəcək.

Bu barədə “İnterfaks” xəbər verir.

“Siyasi həll yolunu tapmaq üçün zəruri olan atəşkəsi alqışlayırıq. Aİ üzvü olan Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və Avropa İttifaqı bu münaqişənin həllində siyasi rol oynamaq istəyir. Nazirlərin görüşündə bu məsələ müzakirə mövzusu olacaq”, - Aİ rəsmisi söyləyib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar.