\
23 Noyabr 2024 - Şənbə

Ərdoğanın 5 saatlıq iclasında Qarabağ müzakirəsi

Ərdoğanın 5 saatlıq iclasında Qarabağ müzakirəsi
1822baxış

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

5 saata yaxın davam edən toplantıda bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə olunub.

“Atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpası, Cənubi Qafqazda geopolitik vəziyyət, daimi sülhə nail olunması məsələlərində Türkiyənin rolu barədə geniş müzakirələr aparılıb”, – deyə iclasla bağlı mətbuata açıqlamada qeyd olunub.