Çavuşoğlu və NATO Baş katibi Dağlıq Qarabağı müzakirə ediblər
1830
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, telefon danışığı zamanı tərəflər Şərqi Aralıq dənizi, Dağlıq Qarabağ və Əfqanıstanla bağlı fikir mübadiləsi aparıblar.