Fransanın dövlət katibi Yerevana səfər edəcək
1517
Fransanın dövlət katibi Jan-Batist Lemun Yerevana ikigünlük işgüzar səfər edəcək.
Bu barədə Fransanın Ermənistandakı səfirliyindən bildirilib.
Məlumata görə, səfər noyabrın 27-dən 28-dək davam edəcək. Dövlət katibinin özü ilə Fransadan Ermənistana humanitar yardım da gətirəcəyi bildirilib.
Jan-Batist Lemun Ermənistanın Səhiyyə Nazirliyi və iki xəstəxanaya baş çəkəcəyi gözlənilir.
O, Ermənistan rəhbərliyi ilə də görüşlər keçirəcək.