\
23 Noyabr 2024 - Şənbə

Hulusi Akar: “Bu sanksiya qərarı aramızdakı ittifaqı sarsıtdı”

Hulusi Akar: “Bu sanksiya qərarı aramızdakı ittifaqı sarsıtdı”
1663baxış

Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın “S-400” sistemlərinin alınması səbəbindən ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

Hulusi Akar sanksiyaların müttəfiqliyə, mövcud hərbi və siyasi reallıqlara zidd olduğunu bildirib.

“Ölkəmizin “S-400” Uzun Mənzilli Hava və Raketdən Müdafiə sistemini təmin etməsi səbəbindən ABŞ-ın ittifaqla mövcud hərbi, siyasi gerçəkliklərlə uyğun olmayan sanksiya qərarını qınayırıq. Aydındır ki, NATO üzvü olan bir ölkəyə sanksiya tətbiq etmək təkcə müttəfiqlik ruhuna ziyan vurmayacaq, həm də müttəfiqlər arasındakı inamı sarsıdacaq”.

Akar Türkiyənin hava hücumu təhdidi altında olduğunu və hava müdafiəsinin təmin olunması da daxil olmaqla  83 milyon vətəndaşın təhlükəsizliyi üçün lazımlı olan bütün tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edib.

“Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Bununla birlikdə, ölkəmizin və nəcib millətimizin müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün səylərimizə qətiyyətlə davam edəcəyik. Mövcud hərbi və siyasi vəziyyət çərçivəsində regional və qlobal müdafiə və təhlükəsizlik məsələlərində Koreya müharibəsindən bəri müttəfiqimiz olan ABŞ ilə əməkdaşlıq və həmrəyliyə qayıtmaq regional və qlobal sülh və təhlükəsizliyə də töhvə verəcəkdir”,- Akar əlavə edib.