Türkiyə XİN başçısı: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət edərsə, əlaqələrimiz normallaşa bilər”
1692
“Ermənistan atəşkəsə riayət edib, Azərbaycan və digər qonşularının ərazi bütövlüyünə hörmət edərsə, əlaqələrimiz normallaşa bilər”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.
O bildirib ki, bu normallaşmadan daha çox Ermənistan və onun xalqı yararlanacaq.
Türk hərbçilərinin Azərbaycanda olduğunu xatırladan XİN başçısı Soçiyə səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini müzakirə etdiklərini vurğulayıb.