\
23 Noyabr 2024 - Şənbə

Zərif Paşinyana: “İran Qarabağ məsələsində ərazi bütövlüyünün tərəfdarıdır”

Zərif Paşinyana: “İran Qarabağ məsələsində ərazi bütövlüyünün tərəfdarıdır”
1049baxış

“Rəsmi Tehran Qarabağ məsələsində beynəlxalq hüquq, milli azlıqların haqlarının gözlənilməsi və ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır”.

“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

XİN başçısı qeyd edib ki, Ermənistan İranın mehriban qonşusudur, iki ölkənin dost münasibətləri mövcuddur. Həmçinin o vurğulayıb ki, İranda Ermənistanın baş nazir Nikol Paşinyana qarşı sülh istiqamətində atdığı addımlara görə böyük hörmət bəslənir.