Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşü yanvarın 30-da keçiriləcək
2018
Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin Moskva görüşü yanvarın 30-na planlaşdırılır.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveev bildirib.
Onun sözlərinə görə, görüşün keçirilməsində məqsəd Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsidir.