\
23 Noyabr 2024 - Şənbə

Almaniyada Azərbaycanın dostlarına qarşı "tədbirlər" davam etdirilməkdədir - Eksklüziv

Almaniyada Azərbaycanın dostlarına qarşı "tədbirlər" davam etdirilməkdədir - Eksklüziv
1762baxış

Azərbaycana dostluq münasibətləri ilə seçilən Almaniya Federal Parlamentinin (Bundestaq) deputatı - 36 yaşlı xristian-demokrat Mark Hauptmana qarşı repressiv hüquq tədbirləri davam etdirilməkdədir.

Mediapress.az-ın məlumatına görə, cari ilin 25 mart tarixində Almaniya Federal Prokurorluğunun orderi ilə Türinqen Vilayətinin Kriminal Təhqiqatlar İdarəsi onun Berlin şəhərində parlamentə məxsus iş otaqlarında, Türinqen və Brandenburq vilayətlərindəki seçki bürolarında və mənzillərində axtarışlar həyata keçirmişdir. Hauptman rüşvət almaqda şübhəli bilinir. Alman mətbuatında yer almış məlumatlara görə, ona məxsus əmlak və mülkiyyətə həbs qoyulmuşdur. Alman mətbuatında yer almış məlumatlara görə, Mark Hauptmanın həbsi də nəzərdən keçirilir. Almaniya Federal Prokurorluğu onu “Azərbaycanla qaranlıq əlaqələr saxalamaqda və pandemiya zamanı qıtlığı kəskin hiss olunan tibbi maskaların satıb-alınması zamanı qanunazidd vasitəçiliyə görə maliyyə vəsaitini əldə etməkdə” ittiham edir.

Mart ayının əvvəlllərində alman mətbuatının səhifələrində dərc etdirilmiş çoxsaylı məqalələrdə “Hauptmana məxsus “Südthüringer Kurier” adlı qəzetdə Azərbaycan istehsalı olan nar-şərabın reklamını yerləşdirdiyinə görə Azərbaycanın Berlindəki Səfirliyindən 16744 avro pul aldığı” iddia edilirdi. Hauptman isə WELT qəzetinə verdiyi müsahibədə “deyilənlərin həqiqət olduğunu, amma sifariş edilmiş reklamın cəmi 1720 avroya başa gəldiyini” deyib (CDU-Abgeordneter Mark Hauptmann legt Bundestagsmandat nieder - WELT).

O, ictimai qınaqlardan, partiyadaxili təzyiqlərdən və anti-Azərbaycan qüvvələrin hədələrindən qurtulmaq məqsədi ilə deputatlıq mandatından imtina etdiyini və növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirmişdir.  

Əlavə edək ki, mart ayının əvvəllərində Azərbaycana açıq dostluq münasibətləri ilə seçilən Bundestqın  xristian-demokrat deputatları Aksel Fişer və Nikolas Löbel deputatlıq mandatlarından imtinaya məcbur edilmişlər. Paralel şəkildə digər deputatlar Qeorq Nüslayn və Tobias Tsex də mandatlarından imtina ediblər. Anti-Azərbaycan qüvvələr Almaniyanın İqtisadiyyat və energetika nazirliyinin dövlət katibi Tomas Barayza da həmlələri nəticəsiz qalmışdır. Barayz ona sürülən bütün ittihamları qətiyyətlə rədd etmişdir.

Azərbaycanın digər bir dostu, artıq illərdən bıri haqqında təhqiqat işi aparılan Karin Ştrents isə Kubadan Almaniyaya geri uçarkən yolda ürəyi dayanmışdır. Azərbaycanın dostlarına qarşı aparılan sonuncu kampaniyada onun da adı yenidən hallandırılırdı. Alman Parlamentində Anti-Azərbaycan qüvvələrin önündə gedən sosial-demokrat Frank Şvabedir. O, artıq çox illərdən bəri Azərbaycanın dostlarının əleyhinə aparılan kampaniyanın əsas fiqurlarından biri sayılır. Almaniya Yaşıllar Partiyası və Almaniya Nanimə Alternativ Partiyanın aparıcı simaları da açıqca anti-Azərbaycan mövqeyi ilə seçilirlər.

Ümumiyyətlə, son illər Almaniya Parlamentində Azərbaycan əleyhinə əhval-ruhiyyənin pisləşməsi müşahidə edilməkdədir. Vətən müharibəsi zamanı Alman Parlamentində (Bundestaq) 29 oktyabr və 26 noyabr 2020-ci il tarixlərində keçirilən dinləmələrdə və müzakirələrdə fraksiyaların hamısı və deputatların mütləq əksəriyyəti ermənipərəst mövqelərini açıq şəkildə nümayiş etdirmiş, əhalisi qaçqın düşmüş Azərbaycanla işğalçı Ermənistan arasında heç bir fərq qoymamış, hətta bəziləri Azərbayanı “işğalçı” adlandırmaqdan belə çəkinməmişlər və qeyd edilən əhval-ruhiyyədə tövsiyyə xarakterli təklifi qəbul etmişlər (Deutscher Bundestag - Bundestag dringt auf Friedenslösung im Bergkarabach-KonfliktDeutscher Bundestag - Bundestag will daue­rhaft friedens­sichernden Rechts­status von Berg­karabach). 

Şah-Mərdan 

Xüsusi olaraq Mediapress.az üçün