Bayden Putinlə danışdı
Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Co Bayden arasında telefon danışığı olub.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Bayden Putinə yaxın aylarda üçüncü bir ölkədə görüşməyi təklif edib: “Prezident Bayden Rusiya ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərin ABŞ-ın maraqlarına uyğun qurulması məqsədini təsdiqləyib və qarşıdakı aylarda ABŞ və Rusiyanın qarşılaşdığı məsələlərin tam spektrinin müzakirəsi üçün üçüncü ölkədə görüş — sammit təklif edib”.
ABŞ Prezidenti Administrasiyasından həmçinin əlavə edilib ki, iki lider regional və qlobal, o cümlədən hər iki ölkənin “SNV-3 müqaviləsinin uzadılması əsasında silahlara nəzarət və yaranan təhlükəsizlik təhdidləri, eləcə də strateji sabitlik üzrə üzrə bir sıra məsələlərlə bağlı dialoq aparmaq niyyətlərini müzakirə ediblər”.