\
23 Noyabr 2024 - Şənbə

Lavrovun Qarabağla bağlı ziddiyətli açıqlamasına - ekspertlərdən CAVAB - VİDEO

Lavrovun Qarabağla bağlı ziddiyətli açıqlamasına - ekspertlərdən CAVAB - VİDEO
1575baxış

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı verdiyi açıqlama bir sıra suallara səbəb olub. 

Ekspertlər hesab edir ki, Lavrovun bu açıqlaması ermənilərin könlünü almağa hesablanıb. 
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk qrupunu diriltmək istəyi və Qarabağın statusuna eyham vurması Rusiyanın hələ də bu məsələnin ən azından qeyri-müəyyən istiqamətdə davam etdiyi düşüncəsindən xəbər verir. Elə Rusiyanın özünü Qarabağda ixtiyar sahibi kimi aparması da bu planların xoşagəlməz olduğunu göstərir. 

Prezident İlham Əliyev də dəfələrlə Minsk qrupunun birmənalı olmayan fəaliyyətinə münasibət bildirib, müharibədən sonra təşkilatın həmsədrləri ilə Bakıda keçirilən görüşdə onların münaqişənin həllində heç bir rol oynamadığını vurğulayıb. Həmçinin, ölkə başçısı artıq status-kvonun olmadığını da bəyan edib.

Ekspertlər bildirirlər ki, bütün bunların fonunda verilən ziddiyyətli açıqlamalar yolverilməzdir.

Ətraflı süjeti təqdim edirik: