Bayden Administrasiyası ilk dəfə olaraq İranla bağlı sanksiyalardan bir neçəsini ləğv edib
ABŞ hökuməti son qərarında İranla bağlı bəzi sanksiyaları ləğv edib və eyni zamanda yeni sanksiyaların tətbiqini də elan edib.
ABŞ hökuməti son qərarında İranla bağlı bəzi sanksiyaları ləğv edib və eyni zamanda yeni sanksiyaların tətbiqini də elan edib.
ABŞ-ın Xəzinədarlıq Departamenti ötən gün bu barədə məlumat yayıb.
Bildirilib ki, İranın Milli Neft Şirkəti ilə bağlı olan kiçik şirkətlərin rəhbərlərindən üç nəfər, eləcə də İranın Milli Neft Şirkəti ilə əməkdaşlıq etmiş “SEA CHARMING SHIPPING COMPANY”, “AOXING SHIP MANAGEMENT SHANGHAI” adlı xarici şirkətlərə öncə tətbiq edilmiş sanksiyalar ləğv edilib.
ABŞ Xəzinədarlıq Departamenti eyni zamanda bildirib ki, İran İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusu və Yəməndə husilərlə əməkdaşlıq edən bir neçə fiziki şəxsə sanksiya tətbiq edilib.
ABŞ mənbələri bir neçə sanksiyanın ləğvinin, hazırda Vayanda aparılan nüvə danışıqları ilə bağlı olmadığını bildiriblər.