Sərkisyanın blokunun namizədi saxlanıldı
1539
Ermənistanın Armavir şəhərinin sabiq meri, “Şərəfim var” blokundan deputatlığa namizəd Ruben Xlqatyan bu gecə saxlanılıb.
Mediapress.azın məlumat verir ki, bu barədə blokun vəkilləri məlumat yayıb.
“Bəyan edirik ki, bu saxlanılma siyasi təzyiq motivlidir. Hədəf isə blokun seçki prosesindəki siyasi fəaliyyətinə mane olmaqdır”, - vəkil bildirib.
Vəkillər məhkəməyə müraciət etdiklərini vurğulasalar da, hüquq-mühafizə orqanlarının namizədi saxlama səbəbini açıqlamayıblar.
Qeyd edək ki, “Şərəfim var” bloku eks-prezident Serj Sərkisyanındır.
20 iyun növbədənkənar seçkilərində 21 partiya və 4 blok iştirak edir.