\
23 Noyabr 2024 - Şənbə

Nazir AZAL-ın rəsmilərini topladı

Nazir AZAL-ın rəsmilərini topladı
1600baxış

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasa Müşahidə Şurasının üzvləri, Azərbaycan Hava Yolları QSC-nin İdarə Heyətinin üzvləri və digər rəsmilər qatılıblar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Mediapress.az verilən məlumata görə, onlayn iclas Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.

İclasda Azərbaycan Hava Yolları QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiqlənib.

Eyni zamanda, Azərbaycan Hava Yolları QSC-nin fəaliyyəti üzrə cari məsələlər haqqında çıxışlar edilib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.