Binyamin Netanyahu nazir işlərini xələfinə təhvil verib
1523
İsrailin yeni baş naziri Naftali Bennetlə keçmiş baş nazir Binyamin Netanyahu arasında görüş olub.
Mediapress.az “newsru.co”ya istinadən xəbər verir ki, görüş hökumətin dəftərxanasında keçirilib.
Bildirilib ki, görüş zamanı Binyamin Netanyahu hökumət işlərini xələfinə təhvil verib.
Qeyd edək ki, iyunun 13-də İsrail prezidenti Reuven Rivlin Naftali Bennetin başçılıq etdiyi yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. 12 il hökumətə başçılıq etmiş Binyamin Netaniyahu isə müxalifətdə olacaq.