\
29 Sentyabr 2024 - Bazar günü

Tarixi görüşdə diqqət çəkən detal - FOTOLAR

Tarixi görüşdə diqqət çəkən detal - FOTOLAR
1502baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin Brüsseldə baş tutan tarixi görüşündə stoldakı kitab diqqət çəkib.

Mediapress.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, görüşdə Ərdoğan Baydenə “Türkiyənin terrorizmlə mübarizəsi” kitabını verib.

Sözügedən kitabın Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən yayımlandığı bildirilir.

“Turkey's Fight Against Terrorism” adlı kitabda İŞİD, PKK/YPG ilə mübarizə, “Sülh çeşməsi” hərəkatı, Türkiyənin suriyalılara ev sahibliyi etməsi kimi məsələlərdən bəhs olunur.

Qeyd edək ki, liderlərin görüşü təxminən 45 dəqiqə çəkib.