\
23 Noyabr 2024 - Şənbə

Ceyhun Bayramov Türkiyəyə getdi

Ceyhun Bayramov Türkiyəyə getdi
1550baxış

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də forumda iştirak edən xarici nümayəndələrlə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.