Paşinyan Rusiyaya gedir
1628
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya işgüzar səfər edəcək.
Mediapress.az Trend-ə istinadən bildirir ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər.