Türkiyənin milli müdafiə nazirinin ispaniyalı həmkarı ilə telefon danışığı olub
1574
Türkiyənin milli müdafiə naziri Hulusi Akarla İspaniyanın müdafiə naziri Margarita Robles Fernandes arasında telefon danışığı olub.
Mediapress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, telefon danışığı faydalı və müsbət əhval-ruhiyyədə keçib.
Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada nazirlər arasında NATO ilə yanaşı ikitərəfli münasibətlər, regional təhlükəsizlik və müdafiə sənayesi sahəsində birgə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.