\
23 Noyabr 2024 - Şənbə

Paşinyan-Rəisi və Qafarova-Rəisi görüşünün fərqi - Hanı bayrağımız? – Foto

Paşinyan-Rəisi və Qafarova-Rəisi görüşünün fərqi - Hanı bayrağımız? – Foto
1431baxış
İranda yeni prezident Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak üçün bu ölkəyə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan MM-in spikeri Sahibə Qafarova getmişdi.
 
Mediapress.az xəbər verir ki, iki ölkəni təmsil edən hər iki rəsmi şəxs İbrahim Rəisi ilə ayrı-ayrılıqda görüş keçirib. Nikol Paşinyanla Rəisinin görüşündə İran bayrağı ilə yanaşı, Ermənistan bayrağı da asılıb.
Sahibə Qafarova ilə İbrahim Rəisinin görüşündə isə Azərbaycan bayrağının olmaması ciddi etirazla qarşılanıb.
Sosial şəbəkə istifadəçiləri bunu kəskin şəkildə qınayaraq, Sahibə Qafarovanın rəsmi görüşdə protokol xidmətindən bayrağımızın olmasını tələb etməli olduğunu bildirir və xanım spikerin bu tələbi səsləndirməməsinə etiraz edirlər.
 
Eyni zamanda bəzi sosial şəbəkə istifadəçiləri Sahibə Qafarovanın İrana səfər zamanı seçdiyi geyimə də diqqət çəkib. Onlar xanım spikerin başdan-başa qara geyinməsinin də düzgün olmadığını vurğulayıblar.
 
Görüşlərdən çəkilən fotoları müqayisəli təqdim edirik:
 
Elnur,
Bakupost.az