\
23 Noyabr 2024 - Şənbə

Rusiya və Ermənistan XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə edib

Rusiya və Ermənistan XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə edib
1693baxış

Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvadakı görüş zamanı Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası prosesini də ətraflı müzakirə ediblər.

S. Lavrov qeyd edib ki, saxlanılanların qaytarılması və mina xəritələrinin verilməsi də daxil olmaqla, Bakı və İrəvan arasında ziddiyyətlərin aradan qaldırılmasına diqqəti azaltmamağı razılaşdırıb, eyni zamanda, ATƏT-in Minsk Qrupu həmsədrlərinin gələcək fəaliyyətinə tələbatın olduğunu təsdiqləyiblər.