BMT-dən Qəzzafinin azadlığa buraxılmasına - Reaksiya
1606
Liviyanın qətlə yetirilən sabiq lideri Müəmmər Qəzzafinin oğlu Səid Qəzzafinin azadlığa buraxılması qanunun aliliyi və milli barış üçün vacib bir addımdır.
Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyaya Dəstək Missiyasının bəyanatında bildirilib.
Bəyanatda ölkədə daha minlərlə günahsız insanın sərbət buraxılması üçün hökumətə çağırış edilib.
Qeyd edək ki, Sədi Qəzzafi 2011-ci ilin sentyabrında Nigerə qaçmış, 2014-cü ildə isə ölkəyə gətirilərək həbs olunmuşdu.