\
24 Noyabr 2024 - Bazar günü

Böyük Britaniyanın müdafiə katibi vəzifəsindən azad edilib - Məlumatları icazəsiz sosial mediaya sızdırdığına görə

Böyük Britaniyanın müdafiə katibi vəzifəsindən azad edilib - Məlumatları icazəsiz sosial mediaya sızdırdığına görə
1595baxış

Böyük Britaniyanın müdafiə katibi Qavin Viliyamson Baş nazir Tereza Mey tərəfindən vəzifəsindən azad edilib.

Viliyamsonun azad edilməsinə səbəb Milli Təhlükəsizlik Şurasının iclasından sonra müzakirə edilən məlumatların onun tərəfindən icazəsiz sosial mediaya sızdırması göstərilib. Bu hadisədən sonra Baş nazir Tereza Meyin ona etibar etmədiyi açıqlanıb.

Onun yerinə Beynəlxalq İnkişaf üzrə Dövlət katibi Penni Mordaunt gətirilib.

Qeyd edək ki, Viliyamson müdafiə katibi vəzifəsinin icrasına 2017-ci ildən başlayıb. (Azərtac)

Mediapress.az