\
24 Noyabr 2024 - Bazar günü

Putin bir sərəncamla Tiflisə 710 milyon ziyan vurdu

Putin bir sərəncamla Tiflisə 710 milyon ziyan vurdu
1706baxış

Gürcüstanda 2019-cu ildə istirahət edən rusiyalıların sayı Moskvanın qadağaları ucbatından 1 milyon nəfər azalacaq.

Axar.az xəbər verir ki, bunu “Birinci kanal”a müsahibəsində Gürcüstan Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili deyib. Onun sözlərinə görə, bu, Gürcüstan iqtisadiyyatına 710 milyon dollar ziyan vuracaq:

“2018-ci ildə Gürcüstana 1,4 milyon Rusiya turisti səfər edib. Həmin dövrdə Gürcüstanın bu turistlərdən götürdüyü gəlir 710 milyon dollar təşkil edib. 2019-cu ildə biz rus turistlərinin sayının 1,7 milyon nəfər, bu turistlərdən gələn gəlirin 886 milyon dollar təşkil edəcəyini gözləyirdik”.

O, Gürcüstanın Turizm Administrasiyasının Rusiyadan olan turist axınının azalmasına cavab olaraq yeni alternativlər axtardığını bildirib.

Mediapress.az