Prezidenti boykot edirlər: Trampı bayram tədbirində görmək istəyən yoxdur
ABŞ prezidenti Donald Tramp bu gün Ceymstaunda (Virciniya ştatı) Amerika qitəsində ilk qanunvericilik məclisinin çağırılması ilə bağlı təşkil olunan mərasimdə iştirak etməlidir.
Təşkilat komitəsinin rəhbəri Kirkland Koks prezidentin “dörd əsr bundan qabaq demokratik idarəçiliyin toxumlarının səpilidiyi yerdə” nitq söyləyəcəyini bildirib.
Ağ Ev rəhbərinin gələcəyini eşidən ştatın paytaxtı Riçmond şəhərinn qaradərili meri Levar Stoni isə təşkilat komitəsindən çıxdığını bəyan edib. Onun sözlərinə görə, “demokratiyanı gözdən salan Trampın bu tədbirdə heç bir işi yoxdur. Qeyd etmək laızmdr ki, bu gün həm də ilk qarədərili insanların, daha doğrusu, kölələrin ABŞ ərazisinə ayaq basdığı gün kimi qəbul olunur.
İndi son günlərdə irqçi çıxışları ilə gündəmə gələn ölkə prezidentini ştatın afroamerikan əhalisini təmsil edən hakimiyyət nümayəndələri boykot edir.
Donald Trampın ətrafı isə prezidentin əslində buraya təbliğat məqsədi ilə gəlmək istədiyni gizlətmir. 2016-cı ildə Donald Trampa səs verən afroamerikalılarln sayı 8%-i keçməyib. 2020-ci il seçkilərində isə 32 milyon latın amerikalı, 30 milyon afroamerikalının səs verəcəyi göz önündə alındıqda hazırkı dövlət başçısı üçün bunun hansı dərıcədə əhəmiyyət kəsb etdiyini proqnozlaşdırmaq çətin deyil. Nəzərə almaq lazmıdr ki, Nümayəndələr palatasına keçirilən son səsvermədə Respublikaçılar adları çəkilən kəsimlərin sadəcə 10%-nin dəstəyini alıb.
Bunun üçün prezidentin qeyri-standart addımlara gedəcəyini söyləyənlər də var. Məsələn, Donald Tramp vitse-prezident postuna qaradərili bir namizədin adını çəkə bilər. Siyasi ekspertlər belə olan halda ağla gələn ilk ismin dünyaca məşhur neyrocərrah, hazırda administrasiyada şəhərsalma naziri vəzifəsini yerinə yetirən Ben Karson olduğunu dilə gətirirlər. (musavat)