\
24 Noyabr 2024 - Bazar günü

Tramp Venesuelanın bütün aktivlərini dondurdu

Tramp Venesuelanın bütün aktivlərini dondurdu
1653baxış

ABŞ prezidenti Donald Tramp Venesuela hökumətinin ABŞ yurisdiksiyasındakı aktivlərinin dondurulması barədə əmr imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, ABŞ-ın qadağalar siyahısına ölkənin Mərkəzi Bankı, PDVSA dövlət neft şirkətinin aktivləri də daxil olub. Əmrdə qadağanın Venesuelanın bütün siyasi bölmələri və təşkilatlarına aid edildiyi bildirilib.