\
24 Noyabr 2024 - Bazar günü

Metyu Brayza: “Gürcüstan rəhbərliyi Azərbaycanla iqtisadi tərəfdaşlığın son dərəcə mühümlüyünü anlayır”

Metyu Brayza: “Gürcüstan rəhbərliyi Azərbaycanla iqtisadi tərəfdaşlığın son dərəcə mühümlüyünü anlayır”
1679baxış

“Gürcüstan və Azərbaycan arasında münasibətlər yaxşı olmalıdır”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Atlantik Şuranın analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Gürcüstanın yeni hökumətinin ölkənin Azərbaycanla münasibətlərinə təsirini şərh edərkən bildirib.

O deyib ki, Gürcüstan rəhbərliyi Azərbaycanla iqtisadi tərəfdaşlığın son dərəcə mühümlüyünü anlayır: “ABŞ onilliklər ərzində strategiyasına uyğun olaraq Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın qurulması üçün mümkün olan hər şeyi edir. Hər iki ölkənin rəhbərliyində olan şəxslər bunu anlayır və razılaşır. Eyni zamanda Türkiyə Gürcüstanın NATO-ya inteqrasiyasını qətiyyətlə dəstəkləyir. Türkiyə Azərbaycanın dünyada ən böyük dostudur. Bunların hamısının strateji əhəmiyyəti var”.