\
24 Noyabr 2024 - Bazar günü

Tramp: "Bir zənglə istənilən ölkəyə girə bilərik"

Tramp: "Bir zənglə istənilən ölkəyə girə bilərik"
1705baxış
ABŞ Prezidenti Donald Tramp İrana hər hansı müdaxilə ilə bağlı “Bir zənglə istənilən ölkəyə girə bilərik. Bunun bu gün olması şərt deyil. Sabah və ya iki həftə sonra da ola bilər”, - deyə mesaj göndərib.
 
ABŞ Prezidenti Donald Tramp Kaliforniyanın Meksika sərhədində inşası davam edən sərhəd divarı ilə bağlı araşdırmalar apararaq bu barədə jurnalistləri məlumatlandırıb. 
 
“İranda hər hansı hərbi müdaxiləyə gəlincə, Tramp Orta Şərqdə nə olacağını zamanla görəcəyimizi bildirib. Müdaxilə etmək istənilən halda asandır.
 
Bir zənglə istənilən ölkəyə girə bilərik. Bunun bu gün olması şərt deyil. Sabah və ya iki həftə sonra da ola bilər”.
 
Keçən həftə vəzifəsindən azad olunan Ağ Evin milli tTəhlükəsizlik müşaviri Con Bolton ilə bir çox mövzuda fikir ayrılıqlarının olduğunu vurğulayan Tramp “Bolton kimi insanlar İraqa girmək istədi və işlər yolunda getmədi. Bataqlığa düşdülər, Orta Şərqdə polis olduq. Bu qorxunc idi” sözlərini də əlavə edib.
 
Cənub sərhədindəki qanunsuz immiqrasiya böhranını sərhəddə qurulan divarla həll edəcəklərini deyən Tramp artıq çox insanın gələ bilməyəcəyini ifadə edib.(oxu.az)
 

Mediapress.az