Günün trendi: “Qarabağ Azərbaycandır və nida işarəsi” - VİDEO - VİDEO
1865
Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına Azərbaycan Prezidenti cənab İlham Əliyevdən gələn sillə kimi cavab bu gün insanlar arasında da böyük hörmətlə qarşılanıb.
Sosial şəbəkələrdə prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabı istifadəçilər tərəfindən paylaşılır.
Politoloqlar da ölkə başçımızın “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında iştirakını önəmli hesab edirlər.
Rusiya Azərbaycanın strateji müttəfiqidir. “Yol xəritələri”nin reallaşdırılması isə Rusiya və Azərbaycan arasında sıx əməkdaşlığa və qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq.
Politoloqlar Prezident İlham Əliyevin Soçi səfərini Qarabağın işğaldan azad edilməsi üçün müsbət addım kimi qiymətləndirirlər. (oxu.az)