Pakistan Hindistana etirazını bildirib
Pakistan hökuməti ötən gün Kəşmirdəki nəzarət xətti boyu atəşkəs rejiminin pozulması ilə bağlı Hindistana etirazını bildirib.
“Report” “Al Jazeera”yə istinadən xəbər verir ki, Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Fəysal Hindistan ali komissarının müavini Qaurav Əhlüvaliyəni dəvət edərək “təhrikisiz” açılan atəş nəticəsində Pakistan tərəfində aralarında iki uşağın olduğu azı üç mülki şəxsin həlak olduğu, səkkiz nəfərin də yaralandığı hadisəyə görə etirazlarını ifadə edib.
“Hindistanın işğalçı qüvvələri nəzarət xətti və mövcud sərhəd boyu dinc əhalinin yaşadığı əraziləri toplardan, iriçaplı minaatanlar və avtomatik silahlardan atəşə tutmağa davam edir”, - deyə qeyd olunduğu açıqlamada nəticədə qadın və uşaqların yaralandığı da göstərilir.
Həmçinin oktyabrın 16-da Cammu və Kəşmirin Hindistana aid hissəsində təhlükəsizlik qüvvələri tərəfindən 3 yaraqlının öldürüldüyü barədə yerli polis açıqlama verib.