\
24 Noyabr 2024 - Bazar günü

Qarabağ məsələsi Qoşulmama Hərəkatı sammitinin yekun sənədinə daxil ediləcək

Qarabağ məsələsi Qoşulmama Hərəkatı sammitinin yekun sənədinə daxil ediləcək
1711baxış

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitinin yekun sənədində öz əksini tapacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi sammitin yekun sənədində ayrıca bəndlə qeyd olunacaq", - o deyib.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.