\
24 Noyabr 2024 - Bazar günü

Şoyqu İlham Əliyevə Rusiya-Türkiyə razılaşmasından danışdı

Şoyqu İlham Əliyevə Rusiya-Türkiyə razılaşmasından danışdı
1729baxış
Rusiya Müdafiə naziri Sergey Şoyqu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Soçidə Suriya məsələsi ilə bağlı imzalanan Rusiya-Türkiyə Memorandumunun icrasında işlərin necə getdiyindən danışıb.
 
Qaynarinfo mk.ru-ya istinadən xəbər verir ki, nazir icra zamanı bəzi çətinliklərin olduğunu bildirib. 
 
Nazirin sözlərinə görə, bu, sülhün bərqərar olması və Suriyanın suverenliyini qorumağın yeganə yoludur.
 
Şoyqu bildirib ki, Rusiya beynəlxalq terrorizmlə mübarizədə geniş təcrübə qazanıb. Rusiya Federasiyası bunu öz həmkarları ilə bölüşməyə hazırdır.