Tramp Senatda mühakimə olunmaq istəyir
1712
ABŞ prezidenti Donald Tramp Senatda mühakimə olunmaq istəyir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özü açıqlama verib. O, ortada heç bir şey olmadan impiçmentinin gerçəkləşdirilməsinin çətin olacağını ifadə edib.
"Əgər mühakimə olacaqsa, Kəşfiyyat Komissiyasının sədri Adam Şif və Hanter Bayden də mənimlə birgə ifadə verməlidir", - deyə Tramp bildirib.
Qeyd edək ki, hazırda Nümayəndələr Palatası ABŞ prezidentinin impiçmenti ilə bağlı dinləmələr həyata keçirir. Trampın impiçmenti prosesinin başladılmasına səbəb isə onun Ukrayna prezidenti Vladimir Zelenskidən ABŞ-ın sabiq vitse-prezidenti Cou Baydenin oğlu barədə istintaq başladılması istəməsi iddia edilir. Bildirilir ki, Ağ Ev rəhbəri buna görə, həmkarına təzyiq göstərib və əks-təqdirdə Ukraynaya hərbi yardımı dayandıracağını ifadə edib.