Tramp Dünya Bankını tənqid etdi
1661
Dünya Bankı Çinə kredit verməyi dayandırmalıdır".
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp rəsmi "Twitter" hesabında yazıb. O, Dünya Bankının Çinə kredit verməsinin məntiqini anlamadığını ifadə edib.
"Dünya Bankı Çinə niyə borc verir? Bu, necə mümkündür? Çinin kifayət qədər pulu var və yoxdursa, onu yaradırlar. Buna son qoyulmalıdır!", - deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ və Çin 2018-ci ildən bəri ticarət müharibəsi aparır.