Nümayəndələr Palatası Trampın impiçmentini elan edib
1683
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki - "Səlahiyyətlərin aşılması" və "Konqresə mane olma" maddələrinə səs verib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, səsvermələrin nəticələri partiya əlaməti üzrə bölünüb — palatanın demokratlardan ibarət üzvləri impiçmentin lehinə səs verib. Respublikaçılar buna qarşı çıxıblar.
İndi işə baxılması ilə Senat məşğul olacaq, hansı ki, Tramp üzərində məhkəmə prosesini keçirməlidir. Qeyd edilir ki, Konqresin yuxarı palatasında respublikaçıların əksəriyyəti Trampın impiçmentini dəstəkləməyə hazırlaşmır.