\
23 Noyabr 2024 - Şənbə

Monitorinq nəticəsində ədəbi dil normalarını pozan müğənnilərin adları bəlli oldu - SİYAHI

Monitorinq nəticəsində ədəbi dil normalarını pozan müğənnilərin adları bəlli oldu - SİYAHI
1841baxış
İfalarında ədəbi dil normalarını pozan müğənnilərin tam siyahısı açıqlanıb.
 
Mediapress.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva"Report"a müsahibəsində deyib.
 
Sevinc Əliyeva bildirib ki, 50-yə yaxın müğənninin ifası üzərində monitoriq aparılıb və onlardan 39-da qüsur aşkar olunub. İfasında dil qüsuru olan müğənnilərin tam siyahısı belədir:
 
Zemfira İbrahimova, Şəbnəm Tovuzlu, Abbas Bağırov, Təranə Qumral, Ayan Babakişiyeva, Könül Kərimova, Xəyyam Nisanov, Uran, Telli Borçalı, Aşıq Əli, Aşıq Əhliman, Zabit Nəbizadə, Cavanşir Məmmədov, Namiq Qaraçuxurlu, Damla, Pərviz Bülbülə, Eyyub Yaqubov, Röya, Brilliant Dadaşova, Tünzalə Ağayeva, Zülfiyyə Xanababayeva, Üzeyir Mehdizadə, Günay İbrahimli, Nazənin, Çinarə Məlikzadə, Elxan Əliyev, Talıb Tale, Rəqsanə, Aşıq Zülfiyyə, Bəturə Hüseynova, Rəvan Qarayev, Vasif Əzimov, Sevda Ələkbərzadə, Xumaq Qədimova, Qurd, Murad Arif, Manaf Ağayev, Tacir Şahmalıoğlu.
 
Sevinc Əliyeva ifasında qüsur aşkar edilməyən ifaçıların adlarını da açıqlayıb: "Monitorinqə cəlb etdiyimiz müğənnilər sırasında Gülyaz və Gülyanaq Məmmədova bacılarının adını xüsusi ilə qeyd etmək istərdim. Onların ifasında ciddi qüsurlar, demək olar ki, aşkarlanmayıb. Buraya Ehtiram Hüseynov və Faiq Ağayevi də əlavə etmək olar".