\
23 Noyabr 2024 - Şənbə

Murat Dalkılıç Bakıda film seyr etdi - "Bakıya heyranam!" - FOTOLAR

Murat Dalkılıç Bakıda film seyr etdi - "Bakıya heyranam!" - FOTOLAR
1795baxış

Mediapress.az məlumat vermişdi ki, Türkiyəli məşhur müğənni Murat Dalkılıç noyabrın 7-də Bakıya gələcək.

Bəli, dünən M.Dalkılıç “Dünya halı” komediya janrlı filmin yaradıcı heyəti ilə birlikdə Nizami Kino Mərkəzində keçirilən möhtəşəm Qala Gecəyə qatıldı.

Filmdə rol alan Melis Sezen və Serenay Aktaş və ekran işinin rejissoru Ömer Candır da gecədə iştirak etdilər.

M.Dalkılıç və aktrisalar ilk öncə mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırdılar. Daha sonra isə filmsevərlər və pərəstişkarları ilə birgə “Dünya halı”nı seyr etdilər.

Onu da əlavə edək ki, tanınmış müğənni aktyorluq fəaliyyətinə başlasa da, müğənniliyə daha çox vurğun olduğunu, sənətini çox sevdiyini, müğənnilikdən heç vaxt imtina etməyəcəyini də bildirdi:

- Sənətimi çox sevirəm. Musiqi mənim üçün həyatdır! Aktyorluq qabiliyyətim də var deyilənə görə. İstedadlıyam...(gülür). Amma bir türk filminin ölkələrdə tanınmasının, pərəstişkarlarımın artmasının nəyi pisdir ki? Bakıya heyranam. Bakını çox sevirəm. Burda sevildiyimə görə də xoşbəxtəm.

Hazırladı: Könül Qocayeva