\
23 Noyabr 2024 - Şənbə

Ancelina Coli siyasətə qoşula bilər

Ancelina Coli siyasətə qoşula bilər
1797baxış

Hollivud aktrisası Ancelina Colimüsahibəsində gələcəkdə kinodan siyasətə keçmək ehtimalını nəzərdən keçirdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat verir.

Aktrisa ABŞ-dakı siyasi vəziyyəti, sosial şəbəkələri, cinsi zorakılıqları və qlobal qaçqın böhranı ilə bağlı vəziyyəti müzakirə edib.

Ondan partiyadan prezidentliyə namizədlər siyahısında görünməsinin mümkünlüyü barədə soruşulduqda aktrisa birmənalı cavabdan yayınaraq "təşəkkür edirəm" deyib.

"20 il əvvəl məndən siyasətə qoşulmağımla bağlı soruşsaydılar, gülərdim. Həmişə deyirəm ki, mənə ehtiyac duyulan sahələrdə olacağam. Amma siyasətə lazımam mı?.. Hərçənd hökumətlərlə, hərbçilərlə işləyə bilirəm. Ümumiyyətlə, çox şey etmək istəyirəm", - A.Coli deyib.