Maykl Ceksonun ailəsi NBO telekanalından 100 mln. dollar tələb edir
1629
Pop-musiqisinin kralı hesab edilən mərhum Maykl Ceksonun ailəsi NBO telekanalına qarşı 100 milyon dollarlıq iddia qaldırıb.
Bu, kanal rəhbərliyinin mart ayında "Neverlendi tərk edərkən" sənədli filmini nümayiş etdirmək qərarına gəlməsi ilə əlaqədardır.
Film Ceksonun uşaqbazlığı ilə bağlı yeni ittihamlardan bəhs edir.
NBC-nin məlumatına görə, iddia baxılması üçün artıq Los-Anceles Ali dairə məhkəməsinə göndərilib.
Onlar iddia edirlər ki, NBO müğənninin şərəf və ləyaqətinə xələl gətirməməyi nəzərdə tutan müqavilənin şərtlərini pozur.(report)