Nüsrətdən qızıl dəyərində "qızıl ət" menyusu - VİDEO
1992
Mediapress.az xəbər verir ki, türkiyəli "ət biznesinin kralı" adına layiq görülmüş Nüsrət Gökçə qeyri-adi şou yaradıb. Belə ki, o, məşhur Etilerdəki restoranına gələn qonaqlara qızıl örtüklü menyu təqdim edir. Bu menyunun dəyəri 6-9 min TL (1500-3000 azn arası) təşkil edir. Əlbəttə ki, məhz Nüsrətin servisi ilə birlikdə. Sahibkar hazırlanan qızılı menyunu öz əlləri ilə şou şəklində qonağına təqdim edir.
Xatırladaq ki, Almaniyanın Bayern Münih komandasının üzvü, fransız futbolcu Franck Ribery Nüsrətin Dubaydakı restoranında olarkən, bu menyunu 7.500 TL-yə sifariş etmişdi.
Hazırladı: Günel Ayxan