Gülben Ergen qətl sifarişçisidir?! - Media: Açıqlama verməlidir! - FOTOLAR
Mediapress.az xəbər verir ki, Türkiyənin tanınmış teleaparıcısı Müge Anlının verilişində ölkəyə səs salacaq bir hadisə yaşanıb. Belə ki, "Tatlı sert" proqramında Asim Bayram qatillərindən biri olan Murat Güneş sorğu-sual zamanı bundan əvvəlki qətlinin sifarişçisinin adını dolayısı yolla açıqlayıb! Hətta bu "işinə" görə 12 milyon dollar aldığını da bəyan edib. Sosial medianın araşdırmalarından bəlli olub ki, "kiralıq qatil" tutan tanınmış şəxs Gülben Ergendir!
Ölkəyə bomba kimi düşən bu xəbərdən sonra Seren Serengil məhkəməlik olduğu Gülben Ergeni ifşa etdi və məhz onun "kiralıq qatil" tutduğunu açıqladı. Amma bütün bunlara baxmayaraq, Gülben hələ də səssizliyini qoruyub saxlamaqdadır. O, yalnız İnstaqram səhifəsində bir fotosunu paylaşaraq, "Dinlənəcək və söylənəcək mahnılar... Oxumaq gərəkən kitablar... Söhbətə ortaq olacaq dostlar... Əyləncəli dostlar... Göstəriləsi deyil, yaşanılası bir həyat və ən əsası, həyəcanlı, rəngli, ümid dolu xəyalların varsa, yolundadır hər şey" şərhini verib.
Bununla belə, tarixçədə Hz.Əlinin bir ifadəsini də paylaşıb: "Niyyəti pis olanın atdığı ox özünə qayıdar".
Bununla belə, "Söyləməzsəm olmaz" verilişinin aparıcıları Gülben Ergenin ciddi bir məsələdə adının hallandığını vurğulayaraq, onun mediaya düz-əməlli açıqlama verməyini tələb ediblər.
Günel Ayxan